Avropa Parlamenti şəffaflıq islahatları tətbiq etməyə hazırlaşır


Avropa Parlamenti bəzi şəffaflıq islahatları tətbiq etməyə hazırlaşır.
Demedia.az xəbər verir ki, Avropa Parlamentinin prezidenti Reborta Metsola qurumun bəzi üzvlərinin korrupsiya ilə bağlı faktlarına münasibət bildirərkən belə deyib. O bildirib ki, Avropa Birliyi bu səhvləri düzəltməyə məcburdur. Metsolanın sözlərinə görə, təklif edilən islahat paketinə bütün qeyri-rəsmi dostluq qruplarının qadağan edilməsi, mənəvi prinsiplərin qorunmasına yenidən baxılması və üçüncü ölkələrlə münasibətlərin dərindən araşdırılması daxildir.
Qeyd edək ki, Avropa Parlamentinin 4 üzvü lobbi fəaliyyətləri qarşılığında rüşvət almaqda şübhəli bilinir.
Bahadur Seyidov