Serbiya Kosovoya dialoq təklif etdi



 12:31 16.12.2022     375

“Serbiya Kosovonun şimalında gərginliyi azaltmaq üçün səylərini davam etdirəcək”.

Demedia.az xəbər verir ki, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç belə açıqlama verib. O bildirib ki, Kosovanın şimalında yerləşən qurumlardan istefa edən serblərin geri qayıtmağa yeri və yolu yoxdur. Nazirin sözlərinə görə, Serbiya Kosovo ilə dialoq qurmağa çalışacaq. Serbiyanın müdafiə naziri Milos Vuceviç isə qeyd edib ki, ölkənin bəzi tələbləri var bu tələblərdən geri çəkilmək müzakirə mövzusu ola bilməz.

Qeyd edək ki, serblərin sıx yaşadığı ərazilərdə bələdiyyə seçkiləri ilə bağlı Kosovo hökumətinin təhlükəsizlik  qüvvələrinin sayını artırması tərəflər arasında gərginliyi artırıb.  

Bahadur Seyidov