Polşanın Baş nazirindən Avropa Birliyinə çağırış



 13:33 16.12.2022     356

Polşanın Baş naziri Mateuş Moravieçki Avropa Birliyini Rusiyaya qarşı daha cəsarətli olmağa çağırıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, Avropa Birliyi tərəfdaşları kənarda gizlənmək əvəzinə daha cəsarətli qərarlar qəbul etməlidir. Mateuş Moravieçki Avropa Birliyini iqtisadi gücündən Rusiyaya qarşı istifadə etməyə çağırıb. Onun sözlərinə görə, bəzi məsələlərdə Avropa Birliyi birgə mövqe ortaya qoya bilmir.

Qeyd edək ki, Rusiya qarşı bəzi iqtisadi sanksiyaların qəbul edilməsində Avropa Birliyi ölkələri arasında fikir ayrılıqları var.

Bahadur Seyidov