ABŞ və Cənubi Koreya hərbi birlik qurdu



 14:28 16.12.2022     380

ABŞ və Cənubi Koreya “ABŞ Kosmik Qüvvələri Koreya Komandanlığı” adlı birlik qurub.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəsmi mənbələri məlumat yayıb. Məlumata görə, komandanlıq ABŞ ordusunun Cənubi Koreyadakı qüvvələri nəzdində fəaliyyət göstərəcək. Yeni birliyin qurulmasında məqsəd Çinin Sakit okeanında artan hərbi təhdidləri ilə Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı regional ittifaqları gücləndirməkdir.

Bildirilib ki, yeni komandanlığın qurulması ABŞ-ın Hind-Sakit okean regionu ilə bağlı öhdəliklərini yerinə yetirdiyini ortaya qoyur.

Bahadur Seyidov