Arktikada iqlim dəyişib - ŞOK



 18:31 16.12.2022     678

Temperaturun yüksəldiyi Arktikada iqlim dəyişikliyi səbəbindən qar, yağışın miqdarı artıb.

Demedia.az xəbər verir ki, bu barədə Alyaska Fairbanks Universiteti tədqiqat aparıb. Araşdırmalar bölgədə yağıntıların əvvəlcə 10 faiz artdığını müəyyən edib. Məlumata görə, daha sonra 1950-ci ildən bu bəri temperaturun artması səbəbindən okeanın üzərindəki buz təbəqəsi daha çox günəşə məruz qalıb. Bu, daha çox buxarlanmaya səbəb olduğu üçün qar və yağışın miqdarı artıb.

Araşdırmaların nəticələri ABŞ-ın Geofizika İttifaqının Çikaqoda keçirilən payız iclasında açıqlanıb.

Bahadur Seyidov