Çin kosmosa yeni peyklər göndərdi



 16:30 16.12.2022     339

Çin kosmosa yeni peyklər göndərib.

Demedia.az xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb. Bildirilir ki, "Yaogan" peykləri kəşfiyyat xidmətləri üçün nəzərdə tutulub. Məlumata görə, peyklər buraxılandan sonra planlaşdırılmış orbital mövqeyə yerləşiblər. Peyklər kosmosa “Long March” raketləri ilə göndərilib. Bu, “Long March” raketlərinin kosmosa 455-ci uğurlu uçuşudur.

Qeyd edək ki, "Yaogan" peyklərinin ilk partiyası bir müddət əvvəl kosmosa buraxılıb.

Bahadur Seyidov