Fransa və Britaniya insan qaçaqmalçılarına qarşı mübarizəni sərtləşdirir



 10:32 16.12.2022     339

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman və fransız həmkarı Cerald Darmanin La-Manş kanalında insan qaçaqmalçılarına qarşı daha ciddi mübarizə aparacaqlarına dair vəd veriblər.

Demedia.az xəbər verir ki, bu barədə nazirlər miqrant qayığının batması nəticəsində 4 nəfərin həyatını itirməsindən sonra mətbuata birgə açıqlamasında bildiriblər. Açıqlamada deyilir ki, insan qaçaqmalçılarına qarşı mübarizədə təcili qərarlar qəbul edilməlidir. Həmçinin indiyə qədər yüzlərlə insan qaçaqmalçısının saxlanıldığı bildirilib.

Nazirlərin sözlərinə görə, Fransa və Böyük Britaniya qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün daha sıx əməkdaşlıq edilməsini və kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutan yenilənmiş ikitərəfli sənəd barədə razılığa gəlib.

Bahadur Seyidov