Kəbənin açarı ilə bağlı ŞOK FAKTLAR - Araşdırma



 21:31 16.12.2022     1083

Tarixdə Türklərlə bağlı elə sənəd və tarixi faktlar var ki, hələ də dünya gücləri tərəfindən gizlədilir.

Amma nə qədərgizlətməyə çalışsalar da zaman-zaman bu millət ona aid olan əmanətləri bir-bir geri alıb və alır... Bilindiyi kimi Məkkənin fəthi zamanı Həzrəti Məhəmməd, birbaşa Kəbəyə tərəf gedir. Onun bu hərəkətənin səbəbi isə illərdir ki, Allahın Evi olan Kəbədəki 360 bütü qırıb-dağıtmaq olur. Peyğəmbər Kəbəyə yetişib Həzrəti Əlidən Kəbənin açarlarını gətirməsini istəyir. Açarlar da o dövr üçün müşrik sayılan Osman bin Təlhada olur. Əli gedir və Osman bin Təlhanı tapır, açarları istəyir. Osmanbin Təlha da Kəbənin açarlarının uzun illərdən bəri onların nəslində olduğunu və Məhəmmədin Peyğəmbərliyinə də inanmadığını söyləyərək, açarı verməkdən imtina edir. Əli Osman bin Təlhanın qolunu bükərək, zorla açarı ondan alır və Peyğəmbərin yanına gedib, Kəbənin açarlarını Ona uzadır. Həzrəti Məhəmməd açarları alır. Ancaq heyrət içində açarları yenidən Əliyə geri verir və Osman bin Təlhaya qaytarmasını söyləyir. Peyğəmbərin sözünə təəccüblənən Əli, bunun səbəbini soruşur. Peyğəmbər Allahın ona vəhy göndərdiyini, ,"Əmanəti sahibinə verin" əmrini verdiyini deyir. Ayəni eşidən Hz. Əli, Hz. Məhəmmədin əmrini yerinə yetirir və açarları Osmana gerid qaytarır. Osman bin Təlha baş verən hadisədən sonra şəhadət gətirərək müsəlman olur. Bura qədər olan hadisəni hər kəs eşidib, bilir. Maraqlı olan niyə məhz açarların Osman bin Təlhaya qaytarılmasıdır.

Aysun / Demedia.az