Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyəti... - Elxan Şahinoğlu



 13:00 16.12.2022     605

Ağdamda Rusiya-Türkiyə birgə hərbi monitorinq mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti barədə məlumat azdır. Halbuki, mərkəz yarananda Azərbaycan ictimaiyyətinin ümidləri var idi.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, hazırda Qarabağda Rusiya hərbi kontingentinin fəaliyyəti Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyətindən daha üstündür və bu bizim xeyrimizə deyil:

"Bu vəziyyəti Rusiya-Türkiyə monitorinq mərkəzinin xeyrinə dəyişdirmək lazımdır. Mərkəz yaradılarkən əsas məqsəd kimi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etmək göstərilirdi. Təəssüf ki, reallıq fərqlidir. Ermənistanla Qarabağı birləşdirən yola Rusiya hərbi kontingenti təkbaşına deyil, türkiyəli hərbçilərlə birgə nəzarət etsəydi, nəticə bizim üçün fərqli olardı".

Xəyalə Məmmədova / Demedia.az