Döyüşmənin öz yeri və zamanı var, hal-hazırda isə... - Politoloq



 17:04 16.12.2022     576

Laçın korridorundakı hadisələrlə bağlı bəzi məqamlara diqqət yetirmək lazımdır.

Demedia.az xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

O vacib məqamları belə sıralayıb:

"1. Mədəni və tarixi irsin qorunması sahəsində işləyən QHT-lər də bu aksiyaya qoşulmalı, gedib Qarabağdakı həmin abidələri yoxlamağa imkan yaratmağı sülhməramlılardan tələb etməlidir.

2. Qarabağa doğru humanitar yüklər daşınmağa davam etməlidir. Korridorun tam bağlanması doğru olmazdı.

3. Qarabağda yaşayan ermənilərin biz tərəfə hər hansı məqsəd üçün (ərzaq almaq, müalicə olmaq, ziyarət kimi) keçmələrin proseduru gecikdirilmədən hazırlanıb elan edilməlidir.

4. Döyüşmənin öz yeri və zamanı var, hal-hazırda isə Qarabağdaki erməniləri özümüzlə qaynaşmağa təşvik edəcək addımlar atılmalıdır. Etnik kin və nifrətdən uzaq durmaq lazımdır".

Xəyalə Məmmədova / Demedia.az