Vardanyan həqiqətən Rusiyanın ciddi layihəsidir - Ekspert



 16:05 16.12.2022     474

Belə görünür ki, Ruben Vardanyan həqiqətən Rusiyanın ciddi layihəsidir. Xankəndi(Xocalı) aeroportu işə salına bilərmi?

Demedia.az xəbər verir ki,Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, Ruben Vardanyan Azərbaycanın vətəndaş cəmiyyətinin məlum etiraz aksiyalarından və haqlı tələblərindən sonra indi də "Artsaxın" blokada şəraitində olduğunu dünya ictimaiyyətinə çatdıraraq "gül vurub":

"O, beynəlxalq ictimaiyyətdən Xankəndi (Xocalı) hava limanının açılmasına dəstək istəyib.

Görünür ki, Vardanyan Qarabağın bütün təbii resurslarını Rusiyaya daşımaq öhdəliyi də götürüb.

Düşünürəm ki, yalnız Rusiya sülhməramlılarının və ya separatçıların nəzarəti altında aeroportun fəaliyyətə başlaması təhlükəsizliyimiz üçün çox ciddi təhdid yarada bilər.

Xatırladıram ki, uzun illərdi ki , Azərbaycan hökuməti beynəlxalq qurumlara təsirlər edərək separatçıların bu aeroportdan istifadəsinə imkan verməyib.

Hətta uçuşlar olarsa, bəzi rəsmilərimiz qanunsuz uçuş edən təyyarələrin vurulacağını da bildirmişdi.

Azərbaycan hökumətinin ciddi səyləri ilə indiyədək ermənilər buradan heç bir uçuşu reallaşdıra bilməyiblər.

İnanıram ki, heç bir zaman da nail olmayacaqlar.

Görünür ki, Rusiya və Qarabağ separatçıları yenidən "humanitar fəlakət" iddialarıyla bu məsələni gündəmə gətirmək istəyirlər".

Xəyalə Məmmədova / Demedia.az