Dünya bu tısbağadan DANIŞIR: 2 başı var



 23:10 16.12.2022     1088

Türkiyənin Antalya bölgəsində tapılan və təbiətdə çox nadir rast gəlinən ikibaşlı tısbağanın xüsusi qayğı ilə yaşatılmasına çalışılır. 

Demedia.az xəbər verir ki, baytarlıq nəzarətində olan tısbağa akvariumda qidalanır.

Vətəndaşlar ilk baxışdan təəccüblənsələr də, Serik rayonunun Gəbiz rayonunda kənd imamı tərəfindən tapılan ikibaşlı tısbağa böyük maraq doğurur. Baytar tərəfindən övladlığa götürülən tısbağa akvariumda baxılır və bəslənir.

Heyvansevərlərdən Vəli Başak lazımi nəzarətlərin edildiyini və heyvanın sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib: "Bu nadir hadisədir. Hazırda bu heyvan baytar nəzarətində qidalanır və müalicə olunur".

Aysun / Demedia.az