Hər gün acqarına 1 qaşıq yeyin - İNANILMAZ NƏTİCƏ



 20:29 19.12.2022     1393

Son illərdə 40 yaşdan yuxarı insanlarda podaqraya daha tez-tez rast gəlinir. Amma gənclərin də podaqradan əziyyət çəkməsi  nadir hadisə deyil. Başqa sözlə, heç kim podaqradan sığortalanmayıb. Bəs, podaqra nədir? 

Podaqra oynaqların xəstəliyidir. Yaranma səbəbi orqanizmdə sidik turşusunun miqdarının artmasıdır.  Sidik turşusu oynaqlara  yığılır və belə demək olarsa, həmin nahiyəyə soyuqdəyməni “dəvət edir”.  Oynaqların hərəkət qabiliyyətini azaldır və kəskin ağrılar verir.  Bu da yetməzmiş kimi, oynaqlar deformasiyaya uğrayır və onları hərəkət etdirmək çətinləşir.

Zamanla podaqra şişkinlikləri də görünməyə başlayır. Beləcə,  barmaqlar öz funksiylarını yerinə yetirə bilmir... 

Bəs, niyə belə olur? 

Podaqranın yaranma səbəbləri sırasında purinlə zəngin qidaların normadan çox qəbulu da var. Məhz purin orqanizmdə sidik turşusunun miqdarının artmasına gətirib çıxarır. Purinlə zəngin qidalar bunlardır: 
Qırmızı ət, kolbasalar  və bütün emala məruz qalmış ət məhsulları. İçalatlar isə, ümumiyyətlə, purin mənbəyidir. Məsələn; heyvanın dili,  ürəyi, qaraciyəri və s; 
Yağlı balıqlar və dəniz məhsulları da kəskin oynaq ağrıları yarada bilir;
Yumurta, pendir, şor da podaqra əlamətləri müşahidə edilən insanların rasionundan çıxarılmalıdır;
Qeyd edim ki,  podaqranın günahkarı  təkcə heyvan mənşəli qidalar deyil. Siyahımız davam edir: 
Göbələklər; 
Qulançar;
Gül kələmi; 
Lobya;  
Turşəng; 
Yulaf;  
Yaşıl noxud; 
İspanaq;

Bununla belə, düzgün qidalanmamaq podaqranın yeganə yaranma səbəbi deyil.  Böyrəklərin funksiyası da xəstəliyin yaranma və irəliləməsində mühüm əhəmiyyətə malikdir. Bu halda qanda sidik turşusunun miqdarı normal ölçüdə ola bilər, amma  düzgün işləməyən böyrək onun orqanizmdən atılma prosesində çətinliklərin yaranması deməkdir. Nəticədə, podaqra ağrıları qaçılmaz olur. 
Podaqranı necə müalicə etmək mümkündür? 
Müasir tibbdə sidik turşusunun orqanizmdəki aktiv fəaliyyətinin qarşısını alan, beləliklə də, oynaqları soyuqdəymədən qoruyan dərmanlar mövcuddur.  Amma  mütəxəssislər bu dərmanların böyrəklərin işinə mənfi təsir göstərməsini də danmırlar.  Lazımi müalicəvi tədbirlər görmədən, sağalmaq yönündə önəmli addım atmadan, sadəcə, profilaktik məqsədlə  vaxtaşırı içilən bu dərmanların günbəgün böyrəyi öldürdüyünü yaddan çıxarmaq olmaz. 
Podaqranın müalicəsinə rasionun yenidən nizamlanması ilə başlamaq lazımdır. İlk olaraq, sidik turşusunun miqdarını artıran qidalar rasiondan çıxarılmalıdır. Əvəzində, sidik turşusunun orqanizmdən xaric edilməsinə dəstək olan qidaların miqdarı artırılmalıdır. 
Videonun davamında sizə sidik turşusunun miqdarının çoxalmasına imkan verməyən vasitələr haqqında danışacağam. 
 Hansı qidalar əks təsirə malikdir? 
Podaqra zamanı qəbulu qadağandır: 
Lobya; 
Üzüm; 
Kişmiş;
Tünd qara çay; 
Kofe;
Kakao;
Siyənək; 
Skumbriya; 
Kürü; 
Hisə verilmiş məhsullar; 
Ət (toyuğun döş ətindən başqa); 
Alkoqollu içkilər; 
Qırmızı pomidor (çəhrayı və sarı pomidorlar yemək olar); 

İçki rejimi: 
Podaqra zamanı içki rejiminə riayət etmək vacibdir. Gün ərzində 2 litrdən az olmayaraq su içilməlidir. Çünki su sidik turşusunun orqanizmdən xaric edilməsində əsas rol oynayır.  Çalışın ki, yeməkdən 15 dəq əvvəl  isti su içəsiniz.  Yeməkdən sonra su içilməsi məsləhət görülmür. Yaxşı olar ki, yeməkdən sonra yaşıl çay, yaxud hər hansı  bitki çayı içilsin. 
Hansı qidalar sidik turşusunun kristallarının həll olunmasını təmin edir? 
Gilas; 
Alma sirkəsi; 
Limon və limon  suyu; 
Zəncəfil; 
Alma; 

Bəli, gilas podaqra zamanı istifadə ediləcək ən birinci vasitədir! Onun tərkibində sidik turşusunun miqdarını azaldan və soyuqdəymənin qarşısını alan maddələr var. Tövsiyə edilir ki, gün ərzində, ən azı, 20 ədəd gilas yeyilməlidir. Yaxud 1 stəkan təbii, təzə gilas şirəsi içilməlidir.  
Podaqra zamanı soyuqdəyməni oynaqlardan qovmağın bir  üsulu da alma sirkəsidir. Alma sirkəsi qatılmış isti su belə hazırlanır: 1 stəkan isti suya 1 qaşıq alma sirkəsi əlavə edin. Dadını gözəlləşdirmək üçün bal da qata bilərsiniz. Bu qarışımı gün ərzində 2 dəfə  hazırlayıb için. Qastrit problemi olanlar qarışımı acqarına içməməlidirlər. Yaxşı olar ki, yüngül səhər yeməyindən  1 saat sonra sirkəli su içilsin. 
Podaqra zamanı limon suyu da faydalıdır. O, güclü antioksidant sayılan C vitamini ilə zəngindir.  C vitamininin soyuqdəymə əleyhinə vasitə olduğunu bilməyən yoxdur. Limon şirəsi sidik turşusunu neytrallaşdırır.  Yaxşı olar ki, yeməkdən əvvəl limon şirəsi qatılmış, yaxud içinə limon sıxılmış 1 stəkan isti su içəsiniz.   Tərkibində limon suyu, zəncəfil olan isti su acqarına içilsə daha effektivdir.  Mədə-bağırsaq traktatında həssaslıq olanlar isə qarışımı acqarına deyil, yeməkarası içsələr yaxşıdır. 
Daha bir asan və effektiv reseptlə tanış olaq. 1 çay qaşığı sodanı 1 stəkan suya qatın.  Səhrə yeməyindən 30 dəq əvvəl içilməsi podaqranın simptomlarının azalmasına və ağrıların yoxa çıxmasına kömək edəcək. Hətta ciddi pəhrizə belə, ehtiyac qalmayacaq. Və bu, ilin istənilən ərəfəsində köməyinizə çatacaq. Sodalı su “çölə çıxarkən”  nəcisin birdəfəyə boşalmasında əhəmiyyətlidir. Stəkanın dibinə isti su tökün, soda əlavə edin və yaxşıca qarışdırın.  Sonra üstünə soyuq su  tökün. Bunu acqarına edin və yalnız 20-30 dəq sonra yeməyə oturun. Az keçməmiş orqanizminiz tualetə getmək barədə siqnallar verərsə, bu, sizi qorxutmasın; daha yaxşı, bağırsaqlarınız boşalacaq. 
Limon, zəncəfil və sarıkök tərkibli vasitə: 
Zəncəfili xırda doğrayın və dəmləyin. 2 dilim limonu stəkana qoyun və üzərinə zəncəfilli suyu qaynar, amma buğu çıxmış şəkildə əlavə edin. Azca gözlədin. Sonra 1 çay qaşığı bal, 1⁄2 çay qaşığı sarıkök qatın və acqarına bu qarışımı için. 1 ay müddətində hər gün prosesi təkrarlayın. Bundan sonra da, vaxtaşırı içmək olar. 
Soğanlı resept: 
Bəribaşdan deyim ki, müalicə müddəti 5 gündür. Vasitə dadsız olsa da, 99% müalicəvidir. 15 orta ölçülü soğan götürün. Qabıqlarını soymayın, hətta imkan varsa, əlavə bir ovuc da soğan qabığı tapın. Hər gün 3 soğanı 1 litr suda 15 dəqiqə müddətində  qaynadın.  Sonra soyumasını gözləyin.  Gün ərzində soğanları yeyin, məhlulu isə için.  Bu qayda ilə proseduru 5 gün təkrarlayın. Əgər podaqra ilkin mərhələdədirsə, 2-3 gün də bəs edir. Pörtləmiş soğan və  soğan suyu podaqradan əlavə, bağırsaqlardakı köpün və istənilən səbəbdən yaranmış sümük ağrılarının azalmasına da kömək edir. 
    Buğda otunun kökü ilə resept: 
    2 xörək qaşığı üyüdülmüş buğda otu kökünü 1 stəkan suya qatın, ağzı qapaqlı qabda 10 dəqiqə qaynadın. 4 saat gözlədin. Süzün və gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edin. 
    Nahiyəvi müalicə: 
    1 xörək qaşığı yağlı şor götürün. 1 soğanı doğrayın və sürtgəcdən keçirin. Şorla soğan qarışığını nahiyəyə qoyun, üstündən bağlayın. Bütün gecəni belə qalsın. Səhər ayağınızı isti su ilə yuyun və istənilən yumşaldıcı kremlə ovun. Bir neçə prosedurdan sonra ağrıları unudacaqsınız. 
    Ağrıyan oynaqlar üçün vanna: 
    Podaqra zamanı ayağı buğa vermək olmaz. Yaxşı olar ki, ayağınızı vanna edərkən suyun temperaturu 260-350C olsun. Vanna edəcəyiniz suya çobanyastığının çiçəyi və yarpaqları, adaçayı və gülümbahar qata bilərsiniz. 
    3 xörək qaşığı çobanyastığı çiçəyi qurusunu və  3 xörək qaşığı gülümbahar çiçəyi qurusunu 1 litrlik şüşə qaba tökün. Üstünə dolanadək qaynar su əlavə edin. Ağzını bağlayın, 30 dəqiqə dəmlənməsini gözləyin. Vannaya isti su tökün, 100 qr duz əlavə edin. Yaxşıca qarışdırın ki, duzun kristalları həll olsun. Sonra çobanyastığı və gülümbahar qarışımını  vannaya tökün.  Ayaqlarınızı bu suda vanna edin.  Prosedur 1 həftə, gündə 3  dəfə təkrarlanmaqla davam etməlidir.

Bahadur Seyidov / Demedia.az