1980 rəqəmi hardan peyda olub? - Qarabağda rusiyalı hərbçilərin sayı...



 13:14 19.12.2022     566

2020-ci il bəyanatının 3-cü maddəsində Qarabağda rusiyalı hərbçilərin sayı dəqiq göstərilib: 1960 nəfər.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ancaq biz bu saya heç zaman inanmadıq, sayın artdığına dair şübhələrimiz var:

"Bu arada, erməni separatçılarının nümayəndələrindən biri – “xarici işlər naziri” vəzifəsini icra edən David Babayan Ermənistanla Qarabağı birləşdirən yolda davam edən etiraza şərh verərkən rusiyalı hərbçilərinin sayının artırılması “vacibliyini” bu şəkildə izah edib: “Rusiya hərbçilərinin sayı 1980 nəfərdir, bu azdır, erməniləri qorumaq üçün sayın artırılmasını tələb edirik”.

1980 rəqəmi hardan peyda olub? Bu rəsmi rəqəmdən 20 nəfər çoxdur. Erməni separatçısının qəsdən yaydığı rəqəm dezinformasiya da ola bilər, həqiqəti əks etdirməsi də mümkündür. Rusiya hərbi kontingentinin komandanlığının bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var. Əlbəttə, Andrey Volkovun günlərdir yoxa çıxdığı kimi saya da aydınlıq gətirməsi ehtimalı azdır. Ancaq bizdən tələb olunan 1980 rəqəminin necə peyda olduğunu müəyyənləşdirməkdir, bu üçtərəfli bəyanata ziddir".

Xəyalə Məmmədova / Demedia.az