Ermənistan başa düşməlidir ki, o təkdir - Politoloq açıqladı



 16:03 19.12.2022     532

Ağdərədəki qızıl yatağının istismarı ilə bəlli şirkət məşqul olmalıdır.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Paşinyan Zəngəzur dəhlizi və yataq ilə bağlı qərarı yaxın 3- 4 gün ərzində verməlidir:

"O, hökmdarların belə anda yalnış qərarlar verməsinin nə ilə nəticələndiyini çox yaxşı bilir.

Beləcə, Paşinyan həm Britaniyanın, həm Rusiyanın, həm də Azərbaycanın bəlli istəklərini yerinə yetirməlidir. Zəngəzurla bağlı məsələdə hər üç aktor açılışa hə deyirlər.

Azərbaycan bütün istəklərinə nail olacaq və hər kəslə dil tapmaqdadır. Ermənistan başa düşməlidir ki, o təkdir".

Xəyalə Məmmədova / Demedia.az