Kiyevdə yenidən güclü partlayış səsləri eşidildi



 14:58 19.12.2022     313

Kiyevdə yenidən güclü partlayış səsləri eşidilib.

Demedia.az xəbər verir ki, bu barədə Kiyev bələdiyyəsinin sədri Vitaliy Kliçko açıqlama verib. O bildirib ki, paytaxtın Solomyanskyi və Shevchenkivskyi rayonlarında çox sayda partlayış baş verib. Məlumata görə, Rusiya ordusunun hücumları zamanı Kiyevin vacib mülki strukturları hədəfə alınıb. Hücumlar zamanı fəsadlar qeydə alınıb. Kliçko bildirib ki, Kiyevə hücum zamanı tələfat qeydə alınmayıb.

Hücumların pilotsuz uçuş aparatları ilə təşkil edildiyi bildirilir. Rusiyanın hücumda İran istehsalı olan 35 PUA-dan istifadə etdiyi vurğulanıb.

Bahadur Seyidov