İran daha bir yük gəmisini ələ keçirdi



 15:48 19.12.2022     323

İran ordusu Bəsrə körfəzində yanacaq daşıyan tankeri ələ keçirib.

Demedia.az xəbər verir ki, bu barədə İran mediası İnqilab Keşikçiləri Ordusuna istinadən məlumat yayıb. Bildirilir ki, saxlanılan gəmidə 330 min litr yanacaq olub. Gəmidə olan 12 heyət üzvü nəzarətə götürülüb. Gəminin hansı ölkəyə məxsus olduğu və hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, İran ordusu bir həftə əvvəl də qanunsuz yanacaq daşıyan yük gəmisini ələ keçirdiyini açıqlamışdı. İran ordusu bir neçə ay əvvəl ələ keçirdiyi yük gəmisini və heyət üzvlərini isə sərbəst buraxdığını açıqlamışdı.

Bahadur Seyidov