Hollandiyada ikinci dünya müharibəsi dövründən qalan bomba partladıldı



 16:20 19.12.2022     326

Hollandiyanın Amersfoort şəhərində ikinci dünya müharibəsi dövründən qalan bomba partladılıb.

Demedia.az xəbər verir ki, bomba Qatar relslərinin təmiri zamanı tapılıb. Polisin məlumatına görə, bomba partlamamış olub. Bildirilir ki, bomba xüsusi qüvvələr tərəfindən təhlükəsiz əraziyə daşınaraq partladılıb. Bombanın hansı ölkəyə məxsus olduğu və hansı ölkənin ordusu tərəfindən atıldığı hələlik məlum deyil. Mütəxəssislər bombanın detallarını araşdırır.

Qeyd edək ki, Hollandiyanın mərkəzində yerləşən Amersfoort ikinci dünya müharibəsi dövründə logistika baxımından önəmli idi. Bu səbədən şəhər hücumlara məruz qalmışdı.

Bahadur Seyidov