Təyyarə hava boşluğuna düşdü - 36 nəfər yaralandı



 17:33 19.12.2022     369

ABŞ-ın Arizona ştatından Havay adalarına uçan sərnişin təyyarəsi hava boşluğuna düşüb.

Demedia.az xəbər verir ki, hadisə zamanı təyyarədə ümumilikdə 288 nəfər olub. 36 nəfər xəsarət alıb. Bildirilir ki, Hawaiian Air” şirkətinə məxsus təyyarə Havayın paytaxtı Honoluluya enməyə yarımsaat qalmış hava boşluğuna düşüb. Pilot təyyarəni endirə bilib. Yaralılara hava limanında tibbi yardım göstərilib. Vəziyyəti ağır olan sərnişinlər xəstəxanalara yerləşdirilib.

Yerli mənbələrin məlumatına görə, hadisənin baş verdiyi bölgədə təyyarənin hava boşluğuna düşməsi nadir hadisədir.

Bahadur Seyidov