1,4 milyon əcnəbi... - Qətərdəki mundialla bağlı maraqlı fakt



 20:01 19.12.2022     364

Futbol üzrə dünya çempionatının keçirildiyi Qətərə mundialı izləmək üçün 1,4 milyon əcnəbi səfər edib.

Demedia.az xəbər verir ki, bu barədə Qətərin rəsmi mənbələri məlumat yayıb. Bildirilib ki, 3,4 milyon nəfər isə dünya kubokunun oyunlarını stadiondan izləyib. Hər oyunda orta hesabla 53 min tamaşaçı olub. Hesablamalara görə, oyunlar zamanı stadionların 96 faizi dolub. Qətərin Layihələr və Mədəni İrs Yüksək Komitəsinin baş katibi Həsən əz-Zavadi bildirib ki, ölkəsi böyük beynəlxalq təşkilatlar üçün örnək olacaq möhtəşəm mundial təşkil edib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı ilk dəfə ərəb ölkəsində keçirilib.

Bahadur Seyidov