Bahmut şəhəri nəzarətimiz altındadır - Zelenski



 15:19 19.12.2022     347

"Donetsk vilayətindəki cəbhə xəttində yerləşən Bahmut şəhəri Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir və şəhər Ukrayna ordusunun nəzarəti altındadır".

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Ukrayna yeni ərazilər ələ keçirmək üçün hücumları davam etdirir. Zelenskinin sözlərinə görə, Rusiya ordusu xüsusilə Bahmut şəhərini ələ keçirməyə çalışır.

“Bahmut istiqaməti kritik önəmə sahibdir. Şəhər nəzarətimiz altındadır. İşğalçılar şəhəri tamamilə dağıtmaq üçün əllərindən gələni edir” – Zelenski deyib.

Bahadur Seyidov