Yaponiya əhalisi ölkənin hərbi müdafiə büdcəsinin artırılmasına qarşı çıxdı



 16:42 19.12.2022     342

Yaponiya əhalisi ölkənin hərbi müdafiə büdcəsinin artırılmasına qarşı çıxıb.

Demedia.az xəbər verir ki, bu barədə araşdırma şirkəti sorğu aparıb. Sorğuda iştirak edənlərin 65 faizi müdafiə xərclərinin artırılmasına etiraz edib. Onlar bildiriblər ki, müdafiə xərclərini artırmaq üçün vergiləri artırmaq doğru deyil.  

Sorğu zamanı sakinlərdən Yaponiya hökumətinin “fövqəladə vəziyyət zamanı düşmən bazalarını vurmaq üçün əks-hücum imkanları"ının artırılması haqqında soruşublar. Onların 50,3 faizi yeni təhlükəsizlik strategiyasından razı olduqlarını ifadə ediblər.

Digər tərəfdən, iştirakçıların 61 faizi Yaponiyanın yeni strategiyasında “əks-hücum qabiliyyəti”nin artırılmasının qonşu ölkələrlə gərginliyi artıra biləcəyini irəli sürüb.

Bahadur Seyidov