Dinozavrların nəsli tükədən asteroid... - ŞOK FAKTLAR



 21:04 19.12.2022     704

Son tapıntılara görə, dinozavrların sonunu gətirən və Yer kürəsini dəyişdirən nəhəng meteor nəhəng bir "meqa zəlzələ"yə səbəb ola bilər. 

Demedia.az xəbər verir ki, dinozavrların nəslinin tükənməsinə son qoyan asteroid aylarla davam edən böyük zəlzələyə də səbəb olub.

66 milyon il əvvəl Günəş Sistemində bu gün Chicxulub asteroidi kimi tanınan nəhəng kütlə Yerə çırpıldı və 180 kilometr enində zərbə krateri əmələ gətirdi. Bu ərazi Maya sivilizasiyasının da evi olan Yucatan yarımadasını meydana gətirdi.

Bu toqquşmanın şiddətli dağıdıcı hadisələrə səbəb olduğu, ilk toqquşmanın təsirini artırdığı və Yerdəki həyatın 75 faizini məhv etdiyi düşünülür.

Aysun / Demedia.az