Heyvanların böyütdüyü 3 UŞAQ - Araşdırma



 19:32 19.12.2022     983

Ailələri tərəfindən təbiətə atılan uşaqlara vəhşi uşaqlar deyilir. Üstəlik, bu uşaqlar təbiətə atılandan sonra da canlarını itirmir, bir növ təbiətə uyğunlaşıb heyvan sürüləri ilə qarışır və onlar kimi yaşamağa, davranmağa başlayırlar. 

Bu uşaqların bəzilərinin heyvanlar tərəfindən böyüdüldüyü iddia edilir. Ancaq onların arasında kifayət qədər maraqlı olan bəzi hekayələr var. 
Cəngəllikdə böyüyən vəhşi uşaqlar haqqında 3 qeyri-adi həyat hekayəsini təqdim edirik:

1- Qurd uşaq -DİNA SANİCHAR.

Təqvimlərdə 1872-ci il göstərildiyi zaman Hindistanın Uttar Pradeş bölgəsində bir qrup ovçu tərəfindən tapılan Dina Saniçar kiçik uşaq olmasına baxmayaraq canavarlarla gəzir, onlar kimi davranır və dörd ayaq üstə yeriyirdi. Onu tapanlar əvvəlcə gördüklərini başa düşə bilmirdilər. Ovçular balaca oğlanın arxasınca gedəndə onun mağaraya girdiyini, canavarların arasına düşdüyünü görüb, mağaranı yandırıb canavarları öldürməklə uşağı canavarların əlindən xilas etdiklərini düşünüblər. Lakin bu uşaqla nə edəcəklərini bilmirdilər. Onlar uşağı Hindistanda Dina Saniçarın adının qoyulduğu uşaq evinə həvalə ediblər. Lakin Sanıçar olduğu yerə uyğunlaşa bilməyib, çox çətin günlər keçirib. Əslində o, qaldığı meşədən çıxıb insan kimi yaşamaq istəmirdi.

2- Meymun oğlan - JOHN SSABUNNYA.

Uqandalı Con Ssabunnyanın cəmi 4 yaşı olanda atası anasını onun gözləri qarşısında öldürüb. Anasının vəhşicəsinə qətlə yetirildiyini görən kiçik oğlan növbənin ona çatacağını düşünərək meşəyə qaçıb. Başqa bir şayiəyə görə, Con bir anda valideynlərini vəhşicəsinə öldürdükdən sonra meşəyə qaçıb. Valideynlərinin Conu tək qoyduğu iddiaları da var idi, lakin Conun böyüdüyü kənddə hər kəs balaca uşağı günahlandırırdı. Nəhayət, tək qalan oğlan meşəyə qaçdı və elə orada da oldu. Bir müddət sonra yanına gələn meymunlara qoşularaq ona fındıq və şirin kartof təklif edir.
Meymunlar əvvəlcə ehtiyatlı idilər, lakin heç bir təhlükə yaratmadıqları üçün təqribən iki həftə ərzində Con ilə dostlaşdılar və ona birlikdə səyahət etməyi, yem toplamağı və ağaclara dırmaşmağı öyrətdilər. Con meymunlarla banan yarpaqlarında yatdı və çox uzun müddət su içmədi. 1991-ci ildə 'Millie' adlı qadın meşədə odun axtararkən Conu görənə qədər meymunlarla harmoniyada yaşamışdı.

3- Vəhşi uşaq -Viktor.

1797-ci ildə Fransanın meşəlik ərazisi olan Aveyronda çılpaq, tozla örtülmüş kiçik uşaq tapıldı. Heç kimlə danışmayan, çılğın hərəkətlər sərgiləyən oğlan kəndlilərin böyük marağına səbəb olub. Əlinə düşən ilk fürsətdə kənddən qaçan uşaq bir il sonra eyni ərazidə yenidən üç nəfər tərəfindən tutulub. Bu dəfə evə aparılan uşağa 1 həftə baxılıb, yemək verilib, yuyulub geyindirilib. Amma vəhşi oğlan ilk fürsətdə yenə qaçdı.
Sonuncu qaçışından sonra şübhə doğuran müəmmalı oğlan bu dəfə öz istəyi ilə zaman-zaman yenidən peyda olmağa başladı. Xüsusilə ac olanda kəndlilərin evinə gələn oğlan daha sonra yenidən meşənin dərinliyinə dalıb. Hadisələrdən iki il sonra, şaxtalı bir qış günündə oğlan yenidən yaxalandı. Bu tutulduqdan sonra uşaq bir daha təbiətə buraxılmayıb və kəndin yerli sakinləri tərəfindən ona qulluq edilib. Napoleonun qardaşı Lüsyen Bonapart heç danışmayan, hər iki əli və ayağı ilə yeriyən, anlaşılmaz qəribə səslər çıxaran oğlanın xəbərini alıb və uşağın ekspertlər tərəfindən müayinə olunmasını istəyib.
Aysun / Demedia.az