Pakistanda qruplaşma üzvləri polisləri girov götürdü



 10:58 20.12.2022     1993

Pakistanın Hayber-Paxtunxva əyalətində polis məntəqəsində saxlanılan silahlı qruplaşma üzvləri, asayiş keşikçilərini girov götürüblər.

Demedia.az xəbər verir ki, qruplaşma üzvləri Əfqanıstana getmək istədiklərini bunun üçün şərait yaradılmasını tələb ediblər. Bildirilir ki, qruplaşma üzvləri əvvəlcə iki polisə hücum edərək, onların silahlarını ələ keçiriblər. Daha sonra silahlılar digər asayiş keşikçilərini girov götürüblər.

Təhlükəsizlik qüvvələri girovları azad etmək üçün əməliyyata başlayıblar. Polis mərkəzində 15 qruplaşma üzvünün olduğu, onların 6-7 nəfəri girov götürdüyü bildirilir. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu açıqlanmayıb.

Bahadur Seyidov