1 dənə kivi görün bədənimizə NƏLƏR EDİR? - Araşdırma
Bəşəriyyətə məlum olan “ən gənc meyvələr”dən biri kivi. Orqanizmdə qan azlığından tutmuş, ürək-damar xəstəliklərinə kimi bir çox ağır və mövsümü xəstəlikləri KİVİ ilə sağaltmaq mümkündür.
Yetər ki verdiyimiz məsləhətlərə əməl edəsiniz. Kivinin faydaları bunlardır: İmmuniteti möhkəmləndirir. Kivinin təxminən 100 qr-da 98 milliqram C vitamini var. Kivini səhər yeməklərində yemək məsləhət görülür. Kividə universal vitamin sayılan C vitamini olduqca yüksək miqdardadır. Buna görə də, xüsusilə, qış aylarında və ya mövsümi xəstəliklər tüğyan edən vaxt kivi yemək orqanizmə müsbət yöndən təsir edir. Gündə bir neçə dənə kivi yemək immuniteti möhkəmlədir. C vitamini maddələr mübadiləsində də aktiv iştirak edir. Hüceyrələri sərbəst radikalların yetirəcəyi xəsarətdən qoruyur. Ürək-damar sisteminin işini normaya salır. Ekzotik meyvə yüksək miqdarda kaliuma malikdir. Kaliumun arterial təzyiqi tənzimləməsini, ürəyin fəaliyyətini normallaşdırdığını, damarların divarlarını möhkəmləndirdiyini artıq hamımız bilirik. Nəfəs almanı asanlaşdırır. C vitaminin tənəffüs sistemi problemlərinin həllindəki əvəzsiz rolu elmə çoxdan məlumdur. Kivi boğazdakı ağrıları azaldır, nəfəs almanı asanlaşdırır, tənəffüs yollarını təmizləyir. Mərkəzi sinir sisteminə müsbət təsir edir. Bəli, kivi depressiyadan və nevrozdan xilas olmağa kömək edir. Eyni zamanda, stressin qarşısını alır və yuxunu normallaşdırır. İdmançılara tövsiyə edilir ki, rasionlarında kiviyə xüsusi yer ayırsınlar.
Xəyalə Məmmədova / Demedia.az