Hədəf həm də Ermənistan olmalıdır - Elçin Mirzəbəyli



 17:03 20.12.2022     447

İstər dəyərli həmvətənlərimizin Şuşa-Xankəndi yolunda keçirdikləri aksiyada, istərdə də mediada Rusiya sülhməramlılarının müvəqqəti müşahidə, yaxud səlahiyyət zonasına daxil olan ərazilərimizdəki təbii sərvətlərin talan edilməsi və ekoterrorizmlə bağlı yanaşmalarımızda, yalnız Ruben Vardanyanı və separatçı tör-töküntüləri, baş verənlərə, ən yaxşı halda müşahidəçi qalan sülhməramlıları hədəf göstərməməliyik.

Demedia.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, hədəf həm də Ermənistan olmalıdır:

"Çünki Riben Vardanyan 2021-ci ilin iyun ayından Ermənistan vətəndaşıdır və Azərbaycan ərazilərindən oğurlanan təbii sərvətlər Laçın yolu ilə Ermənistana daşınır. Bu baxımdan, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki təbii sərvətlərimizin talanması, ekologiyamıza vurulan ziyan, sadəcə kriminal hadisə deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə, bu və ya digər dövlətin suveren ərazilərindəki torpaqlar və təbii resurslar həmin dövlətin aydın şəkildə ifadə edilmiş rəsmi razılığı olmadan başqa ölkələr tərəfindən istifadə oluna bilməz. İndiki halda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altındakı ərazilərimizdə baş verənlər - təbii sərvətlərimizin talan edilməsi, təbiətimizə ziyan vurulması Ermənistanın Azərbaycanın təbii resurslarını qanunsuz istismarını, ekologiyamıza qarşı terror cinayətlərini davam etdiridiyini sübuta yetirir".

Xəyalə Məmmədova / Demedia.az