Süni mayalanma nədir? - MÜSAHİBƏ / Video
Süni mayalanma müalicəsi, qadın və kişinin qorunmasız cinsi əlaqədə olmalarına baxmayaraq övlad sahibi ola bilmədiyi hallarda tətbiq edilən bir müalicə metodudur.
Demedia.az bildirir ki, cütlüklərin sonsuzluq əhatəsində dəyərləndirilə bilməsi üçün qadının 35 yaşdan kiçik olduğu hallarda 1 il boyunca, 35 yaşdan böyük olduğu hallarda isə 6 ay boyunca qorunmadan nizamlı cinsi əlaqəyə girmələrinə baxmayaraq hamiləlik baş tutmamalıdır.
Bəs süni mayalanma müalicəsi necə həyata keçirilir? Bu mərhələdə hansı risklər yaşanır?
Uzman Ginekoloq Rəşad Məmmədov bu və daha çox suallara Junalist Bahadur Seyidovla müsahibəsində aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik: