Kosovo Bayraktar PUA-ları almaq istəyir



 16:49 20.12.2022     339

“Kosovo Türkiyədən PUA-lar almaq istəyir”.

Demedia.az xəbər verir ki, bu barədə Kosovonun regional inkişaf naziri Fikrim Damka açıqlama verib. O bildirib ki, Kosovo Bayraktar PUA-ları almaq üçün fəaliyyətini davam etdirir. Nazirin sözlərinə görə, Kosovonun silah alması ilə bağlı strategiyası açıqdır. Kosovo aldığı hər cür silahları ölkənin müdafiəsi üçün istifadə edəcək.

“Dünyanın gündəmində olan Bayraktar məsələsi, PUA-lar məsələsi təbii ki, bizim də gündəmizdədir. Bununla bağlı dövlətimiz fəaliyyət yürüdür. Prezidentimiz və müdafiə nazirimiz Bayraktar PUA-ları ilə yerində tanış oldu. Hər dövlət öz arsenalında PUA-ların olmasını istəyər” - Damka deyib.

Bahadur Seyidov