Çin gəmisi Yaponiya ərazisinə daxil oldu



 16:58 20.12.2022     346

Yaponiya və Çin arasında növbəti dəfə gərginlik yaşanıb.

Demedia.az xəbər verir ki, Çinə məxsus donanma müşahidə gəmisi Yaponiya ərazisinə daxil olub. Məlumata görə, hərbi gəmi Kagoşima adaları sahillərinə yaxınlaşaraq sərhədi pozub. Gəmi 7 saat ərazidə qalıb.Yaponiya gəmiləri Çinin hərbi gəmisinin hərəkətlərini müşahidə edib. Ardınca Çinə məxsus gəmi ərazidən uzaqlaşıb. Yaponiyanın rəsmi mənbələrinin məlumatına bu il Çin 5-ci dəfədir sərhədi pozur.

Qeyd edək ki, Çin və Yaponiya arasında bir sıra adalar mübahisəlidir. Mübahisəli adalara hər iki tərəf iddia edir.

Bahadur Seyidov