Şimali Koreya Yaponiyaya xəbərdarlıq etdi
Şimali Koreya hərbi fəaliyyəti ilə bağlı Yaponiyaya xəbərdarlıq edib.
Demedia.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin xəbərdarlığında deyilir ki, Yaponiyanın yeni təhlükəsizlik strategiyası regional təhlükəsizlik mühitini əsaslı şəkildə dəyişdirib və bu çox təhlükəli həmlədir. Bildirilib ki, Yaponiya bunun necə təhlükəli həmlə olduğunu öyrənəcək. Açıqlamada bildirilir ki, Tokio digər ölkələrə qarşı qabaqlayıcı zərbə imkanlarını təsirli şəkildə ortaya qoyan yeni təhlükəsizlik strategiyasının qəbul edərək Koreya yarımadası və Şərqi Asiya bölgəsində ciddi böhrana səbəb olub.
Qeyd edək ki, Yaponiyanın yeni təhlükəsizlik strategiyasında hərbi büdcənin dəfələrlə artırılması da nəzərdə tutulub.
Bahadur Seyidov