Tailandda güclü sel kəndləri suya qərq edib
Tailandın cənub əyalətlərində şiddətli yağışlar fəsadlara səbəb olub.
Demedia.az xəbər verir ki, 361 kənd su altında qalıb. 3 nəfər həyatını itirib. Sel səbəbilə məktəblərdə dərslər və bir sıra fəaliyyətlər dayandırılıb. Tailandın Fəlakətin Qarşısının Alınması Departamentinin apardığı yardım əməliyyatlarına ordu, qeyri-hökumət təşkilatları və müxtəlif axtarış-xilasetmə qrupları cəlb edilib. 62 minə yaxın insan zərər çəkib. Ölkənin məşhur istirahət mərkəzlərindən biri olan Hua Hin çimərliyi də sel səbəbilə fəaliyyətini dayandırıb.
Sakinlərə evlərindən çıxmamaq barədə tövsiyyələr verilib. Bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi proqnozlaşdırılıb.
Bahadur Seyidov