Oynaq xəstəlikləri, onurğa problemləri olanların DİQQƏTİNƏ! - Mütləq OXUYUN



 21:31 21.12.2022     1171

Bu gün sizə  oynaq xəstəlikləri, onurğa problemləri, bağırsaq, ürək-damar xəstəlikləri, böyrəklərin və immun sisteminin zəifliyi zamanı kömək edəcək reseptlər barədə məlumat verəcəyəm. 

Lazım olan ərzaqlar: 5 xörək qaşığı balqabaq tumu,  3 xörək qaşığı kətan toxumu, 4 xörək qaşığı kişmiş, 150 qr təbii bal. 
Kişmişi qaynar suda isladın ki, həm tozu getsin, həm də yumşalsın. Sonra suyu süzün. Balqabaq tumunu, kətan toxumunu və kişmişi blenderdə üyüdün. Alınan qarışımı bala qatın və yaxşıca qarışdırın. Şüşə qaba töküb soyuducuda saxlayın.  Gün ərzində 2 dəfə-səhər və axşam, hər dəfə də 1 xörək qaşığı olmaqla bu qarışımdan yeyin.  Müalicə müddəti 1 həftədir. Sonra fasilə vermək mütləqdir. Mütəmadi qəbul edilən qarışımın köməyilə bütün növ ağrılar azalır,  orqanizmin aktivliyi artır, damarlar və sümüklər möhkəmlənir. 

Faydaları və qəbul edilməsi: 
Əvvəlcə, qeyd edim ki, balqabaq tumu, kətan toxumu, kişmiş və bal ayrı-ayrılıqda zəngin tərkibə malikdirlər. Balqabaq tumu və kətan toxumu doyurucu təsir göstərir. Beləliklə, 4 inqridientin qarışımıyla alınan vasitə lif, Omega-3, maqnium, yağ, dəmir, mis, B qrupu vitaminləri və antioksidant baxımından  çox zəngindir. Qanda hemoqlobin səviyyəsinin nizamlanması üçün  vasitədəki dəmir olduqca vacibdir. Oksigenin orqanizmdə sirkulyasiyası üçün lazım olan zülal da qarışım sayəsində  bədənə daxil olur. 
E, K vitaminləri, maqnium, B qrupu vitaminləri bədəndə soyuqdəymənin miqdarını azaltmaqla xroniki xəstəliklərin qarşısını alır. Metabolizmanı sürətləndirir, qanda şəkərin səviyyəsini aşağı salır. 

Qarışımdakı doymamış Omega-3 yağları qanda pis xolesterinin miqdarını azaldır, həmçinin, qan təzyiqinin stabilləşməsini dəstəkləyir. Omega-3 immunitetin möhkəmlənməsində də əhəmiyyətlidir. 

Balqabaq tumu sinklə də zəngindir. Bu mineralın kişi orqanizmi üçün faydalarını bilməyən yoxdur.   Tumlar bağırsaqdakı ziyanlı parazitlərlə mübarizədə də effektivdir.  Helmintlərin orqanizmdən xaric edilməsi zamanı tumdan intensiv istifadə təkcə, profilaktik deyil, müalicəvi tədbirlərin də tərkib hissəsinə çevrilməlidir. 

Kətan toxumu karbohidratların sürətli mənimsənilməsinə kömək edir. Malik olduğu sorbentlər isə hüceyrələrin xəsarət almasının qarşısını alır. Kətan toxumu bəlğəmgətiricidir. Bununla bərabər, tərkibindəki liflər bağırsaqların işini sürətləndirir və normal işləmələrinə stimul verir. Xroniki köpün əmələ gəlməsinə mane olur. 

Balqabaq tumundakı amin turşusu, daha dəqiq desək, triptofan sayəsində yuxu rejimi yaxşılaşır.  Orqanizmdə triptofan B vitamini ilə birləşir. Bu birləşmə inosin adlanır və serotonin ifrazına kömək edir.  Serotoninin keyfiyyətli yuxu üçün vacibliyini bir neçə dəfə digər videolarda vurğulamışıq. Həmçinin, inosin melatonin ifrazını da nizama  salır. 
İmmunitetin möhkəmlənməsində, arterial təzyiqin  normallaşmasında, qanda şəkərin səviyyəsinin nizamlanmasında, ürəkbulanmanın azalmasında, bağırsaq parazitlərinin neytrallaşmasında, xroniki patalogiyalar riskinin aşağı düşməsində, dərinin, dırnağın, saçların sağlamlığının qorunmasında, hətta əhval-ruhiyyənin yüksək olmasında da balqabaq tumunun  xidməti danılmazdır. 
Kişmiş orqanizmdə antibakterial, sidikqovucu,  immun yaradıcı və sedativ kimi çıxış edir. O, respirator xəstəliklərin aradan qaldırılmasında da faydalıdır. Bu zaman immuniteti yüksəldən, bakteriyaları məhv edən kişmiş sağalma  prosesinin sürətlənməsinə önəmli dərəcədə təkan verir.  Kişmişin tərkibində bol miqdarda olan kalium böyrəklərin işini yaxşılaşdırır, dərini təravətləndirir.  Sidikqovucu kimi çıxış edərək zərərli maddələrin orqanizmdən  atılmasını sürətləndirir.  Kişmiş qanı təmizləyir. Ürək-damar xəstəliklərinin profilaktikasında  istifadə edildikdə, müsbət nəticənin əldə edilməsi şübhə altından çıxır.  
Gərgin fiziki aktivlikdən sonra idmançılar gümrahlıq qazanmaq üçün kişmiş yeyirlər.   Zehni işlə  məşğul olanlar isə diqqət toplamaq, zehin aydınlığı üçün kişmişə üz tuturlar. Kişmiş yemək hemoqlobin artımına da səbəb olur, qanyaratma prosesini normallaşdırır, ürəyin işindəki çatışmazlıqları aradan qaldırır, damarları möhkəmlədir, kariesin qarşını alır, diş emalını gücləndirir. Miqren və depressiyadan yaxa qurtarmaq istəyənlər üçün də kişmiş əlçatan vasitədir. Yuxunu yaxşılaşdırır, ümumiyyətlə, orqanizmin işinə dəstək olur. 
Balın tərkibindəki faydalı maddələri və birləşmələri saymaqla bitməz. Malik olduğu biogenlər  sayəsində insan orqanizminin xəstəliklərlə mübarizə gücünü artırır.  Antibotiklər və fitonsidlər antibakterial təsirə malikdir. Xüsusilə, soyuqdəymə səbəbilə yaranan xəstəliklərin müalicəsində balın əvəzsizliyi burdan qaynaqlanır. Bal boğaz qıcıqlanmasını aradan qaldırır, öskürəyi yox edir. Mədəaltı vəzi və qaraciyərin işini dəstəkləməklə bərabər, depressiya əleyhinə vasitədir. Orqanizmdəki ümumi gərginliyi aradan qaldırır. Həzm prosesini nizama salır ki, bunu kalium-permanqanat və dəmir sayəsində bacarır.  Yaraların sağalmasını sürətləndirən bal mədə xorasından əziyyət çəkənlərin rasionunun bir hissəsi olmalıdır.  Bağırsaqların parazitlərdən təmizlənməsi,  bronxit-astmanın simptomlarının azalması, allergik həssaslığın xəfifləməsi də balın hünərləri sırasındadır. Böyrəklərin işində hər hansı problemin əmələ gəlməsini önləyir.  Həmçinin, bal  qadın orqanizmində hormonal balansı normallaşdırır. 

Bağırsaqların təmizlənməsi: 
Balqabaq tumu, kətan toxumu, kişmiş və baldan ibarət qarışımı gündə 2  dəfə, hər dəfə 1 xörək qaşığı olmaqla qəbul etmək bağırsaqların ehtiyatla təmizlənməsini təmin edir, eyni zamanda, bağırsaqları yumşaldır. Bağırsaq əzələlərinin işini normallaşdırır,   disbakteriozu və meteorizmi aradan qaldırır. 

Ürək-damar sisteminə faydaları: 
8 xörək qaşığı kətan toxumu, 2 xörək qaşığı balqabaq tumu, 4 xörək qaşığı küncüt toxumu, 3 xörək qaşığı  kişmiş, 2 xörək qaşığı jelatin, 20 qr təbii bal götürün.  Baldan başqa bütün inqridientləri birlikdə blenderdən keçirin, sonra balı əlavə edib qarışdırın. Qarışımı steril şüşə qaba tökün. Ağzını bağlayın və soyuducuda saxlayın. Gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 1 xörək qaşığı olmaqla qarışımdan qəbul edin. Yaxşı olar ki, birinci qaşığı acqarına, yəni, səhər yuxudan oyanan kimi yeyəsiniz. 

İmmunitetin möhkəmlənməsi üçün: 
50 qr balqabaq tumu, eyni miqdarda kətan toxumu götürün. 30 qr çiyidsiz kişmişi, 30 qr qoz ləpəsini, 1 litr balı da “lazım olacaqlar” siyahısına əlavə edin. Kişmişi qaynar suda isladın. Sonra suyunu süzün, qoz ləpəsi, balqabaq tumu və kətan toxumu ilə birgə belnderdən keçirin. Alınan tərkibi balla qarışdırın.  Qarışımı steril şüşə qaba tökün, soyuducuda saxlayın. Sərin otaq varsa, orda da saxlaya bilərsiniz. 3 dəfəyə qarışımdan 100-150 qr qəbul edilməlidir. Mütəmadi olaraq qəbul edilən qarışım xroniki yorğunluğu yox edir, insanı gümrahlaşdırır, orqanizmi gücləndirir.  Qarışımın müalicəvi effektini artırmaq üçün ona portağal və nanə də əlavə etmək olar. Sadəcə, onları da belenderdən keçirməlisiniz. 

Kişi gücü üçün: 
Təbii qarışım orqanizmi başdan-başa yeniləmək qabiliyyətinə malikdir. Beləcə, onun qəbulu zamanı yorğun hiss etmək mümkünsüzdür.  Düzgün şəkildə hazırlanmış qarışım damarları təmizləyir, qan dövranını sürətləndirir, kişilərin cinsi aktivliyini artırır. 

Avitaminoz zamanı: 
Bayaq da qeyd etdim ki, qarışım müalicəvi vasitədir.  Orqanizmdə vitamin əksikliyini tamamlayır, mövsümi xəstəliklərə yoluxma riskini aşağı salır. 

Zərərləri və əks təsirləri: 
Daimi olaraq həddən artıq qəbul edildikdə, qarışımın effekti əks təsirə çevrilir. Kalori dəyəri yüksək olduğundan, artıq çəki almaq istəməyənlər qarışımdan ölçülü şəkildə yeməlidirlər. Ümumən, artıq çəkidən əziyyət çəkənlər, ürək problemi yaşayanlar, hamilələr, hipertoniklər, yaxud qarışımın tərkibindəki hər hansı komponentə allergiyası olanlar qarışımı qəbul etməzdən əvvəl iki dəfə düşünsələr yaxşıdır. Öd kisəsində daş olanlar üçün də qarışımın qəbulu müəyyən narahatlıqlar yarada bilər. Kişmişin tərkibində şəkər çoxdur.  Balqabaq tumu isə insulin ifrazını sürətləndirə bilir.  Şəkərli diabetdən əziyyət çəkənlərin, ümumiyyətlə, bu qarışımdan uzaq durması məsləhətdir. 
Enterokolit və ya mədə xorası olan insanlar da qarışımın mütəmadi qəbulundan əziyyət çəkə bilər.  3 yaşından aşağı uşaqlara qarışımdan vermək olmaz.  3 yaşından sonra isə qarışımın qəbulu haqda düşüncələrinizi pediatrla bölüşsəniz, daha yaxşı olar. 

Bahadur Seyidov / Demedia.az