Qarabağa qanunsuz yüklərin daşınmasına cəhdlər edilir - Siyasi şərhçi



 11:59 21.12.2022     600

Xankəndi yolunda keçirilən aksiyada iştirakçılar “humanitar yardım” adı altında qanunsuz daşımaların da qarşısını alır: məlumatlara görə, yoxlanılmadan keçmək istəməyən beş yük avtomobili buraxılmayıb.

Demedia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, bu məsələ iki məqamı ön plana çıxarır:

"Qarabağa hələ də qanunsuz yüklərin daşınmasına cəhdlər edilir: görünür, iştirakçıların “humanitar yardım”lara şərait yaratmasından sui-istifadə etmək istəyiblər və istisna deyil ki, yoxlamaya imkan verilməyən yük maşınlarında silah-sursat olub.

Qanunsuz daşımaların qarşısını almağa hesablanmış bu yoxlamalarla Azərbaycan xalqı Laçın yoluna nəzarəti praktiki olaraq icra edir və proseslərin inkişafı yolda rəsmi şəkildə gömrük-buraxılış məntəqəsinin qurulması ilə nəticələnə bilər".

Xəyalə Məmmədova / Demedia.az