Pakistan və ABŞ arasında münasibətlər yenidən nəzərdən keçirilir
Pakistan və ABŞ arasında münasibətlər yenidən nəzərdən keçirilir.
Demedia.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Bilaval Butti Zerdari açıqlama verib. ABŞ-da səfərdə olan nazir bildirib ki, Pakistan və ABŞ münasibətlərinin iqtisadiyyat daxil olmaqla müxtəlif sahələri yenidən nəzərdən keçirilir. ABŞ-dakı görüşlərin məhsuldar keçdiyini deyən pakistanlı nazir, ölkələr arasında münasibətlərin yaxşı olduğunu ifadə edib.
Nazir qeyd edib ki, keçmişdə ABŞ-la əlaqələrin 90 faizini terrorla mübarizə məsələləri təşkil etdiyi halda, indi münasibətlərin 90 faizini iqtisadi məsələlər təşkil edir.
Bahadur Seyidov