Türkiyə və Yunanıstan arasındakı görüşü məmuniyyətlə qarşılayırıq - Ned Prays



 12:45 21.12.2022     343

“ABŞ Brüsseldə Türkiyə, Almaniya və Yunanıstan nümayəndə heyətləri arasında keçirilən üçtərəfli görüşü məmuniyyətlə qarşılayıb”.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə açıqlama verib. O bildirib ki, NATO tərəfdaşları arasında birliyə çox ehtiyac duyulan dövrdür. Onun sözlərinə görə, ABŞ gərginliyi artıran təxribatçı bəyanatlara görə həmişə təəssüflənir.

“Alyans daxilində iki ittifaq üzvü arasında gərginliyin heç kimə faydası yoxdur. Bu çərçivədə Brüsseldə Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın ilə Yunanıstan Baş nazirinin Diplomatik Ofisinin direktoru Anna Maria Boura arasındakı görüşü alqışlayırıq” - Ned Prays deyib.

Bahadur Seyidov