Zelenskinin ABŞ səfəri: Baydenlə vacib görüş

 13:00 21.12.2022     463

Zelenski müharibə başlayandan bəri ilk dəfə olaraq Ukraynanı tərk edir.

Demedi.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, Amerikalı jurnalistlər onun bu gün ABŞ-da olacağı barədə xəbər yayıblar:

"Səfər son ana qədər gizli saxlanılıb.

Zelenski Konqresin hər iki palatasının ümumi toplantısında çıxış edəcək. Prezident Baydenlə də görüş olacaq.

Səfər proqramının başqa detalları məlum deyil. Gözlənilir ki, ABŞ-ın məhz Zelenski Vaşinqtonda olarkən Ukrayna üçün elan edəcəyi növbəti hərbi yardım paketində "Patriot" sistemi də yer alacaq".

Xəyalə Məmmədova / Demedia.az