Azərbaycan Avropa İttifaqı ilə Çərçivə sazişi bağlamalıdır - Politoloq açıqladı



 18:00 21.12.2022     510

Ermənistan Laçın dəhlizi ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxardı. Ölkəmizə qarşı bəyanatlar verildi. Göründüyü kimi Ermənistan tərəfi və Rusiya geri çəkilmir və ölkəmizə qarşı diplomatik və informasiya cəbhəsində müharibəni davam etdirirlər.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bununla bağlı beynəlxalq kütləvi informasiya vasitələrini BBC, CNN və digər aparıcı tv. ekoetirazların keçirildiyi əraziyə dəvət etməli və bu yolun ancaq humanitar məqsədlər üçün istifadə edilməsini sübut etməlidir:

"Azərbaycan geri addım atmamalı Xankəndi yolunda ekoloji post qurmalıdır. Bizim üçün bu məsələ milli təhlükəsizlik məsələsi və sülhün bərqərarı üçün atılan addımdır.

Qarabağda etnik ermənilərin reinteqrasiyasının həllinə gəldikdə indiki siyasi və hüquqi məsələlərə görə onlar bununla bağlı bizdə ciddi problemləri olduğunu daima vurğulayırlar. Ölkə daxilində siyasi və hüquqi islahatlar keçirilməli, Azərbaycan Avropa İttifaqı ilə Çərçivə sazişi bağlamalıdır".

Xəyalə Məmmədova / Demedia.az