Moskvadan Zelenskinin ABŞ səfərinə reaksiya



 16:50 21.12.2022     318

“Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ səfərindən uğurlu heç nə gözləmirik”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitriy Peskov belə açıqlama verib. O bildirib ki, səfər Rusiya və Ukrayna arasındakı vəziyyətin gedişatına təsir etməyəcək. Peskov ABŞ-ın Ukraynaya silah verməsini qınayıb. O bildirib ki, ABŞ Ukraynaya silah tədarükü etməklə yanaşı, silahların növlərini artırır. Peskov qeyd edib ki, silah tədarükü müharibənin daha pis məcrada getməsinə səbəb olur.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da səfərdədir.

Bahadur Seyidov