Medvedev Si Cinpinlə görüşdü

 17:29 21.12.2022     218

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çinə səfər edib.

Demedia.az xəbər verir ki, səfər çərçivəsində Medvedev Çin sədri Sin Cinpinlə görüşüb. Səfər barədə Medvedev özü sosial media hesabında məlumat verib. O bildirib ki, görüş zamanı Rusiya və Çin arasındakı strateji tərəfdaşlıq məsələləri, iki ölkə arasındakı əməkdaşlıq və Ukrayna böhranı müzakirə edilib.

Çinin Sinxua xəbər agentliyinin səfərlə bağlı paylaşdığı bir cümləlik xəbərdə Vahid Rusiya Partiyasının sədri Medvedevin Çinin dəvəti ilə səfərə gəldiyi və ölkə sədri Si Cinpinlə görüşdüyü qeyd edilib.
Bahadur Seyidov