PUA-ların tədarükü ilə bağlı Albaniya və Türkiyə müqavilə imzaladı
Albaniya PUA-ların alışı ilə bağlı Türkiyə ilə müqavilə imzalayıb.
Demedia.az xəbər verir ki, müqavilə Albaniya hökuməti ilə “Baykar Teknologiya” şirkəti arasında paytaxt Tiranada imzalanıb. İmzalanma mərasimində çıxış edən Albaniyanın Baş naziri Edi Rama PUA-ların tədarükü ilə bağlı prosesdə mühüm rol oynayan Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Onun sözlərinə görə, ilk mərhələdə Albaniya 3 Bayraktar TB2 PUA-sı alacaq. Həmçinin, razılaşmaya görə, Türkiyə tərəfi 30 nəfərə PUA-ların idarə edilməsi ilə bağlı təlim verəcək.
Qeyd edək ki, Albaniya Türkiyədən Bayraktar TB2 PUA-sı alan 27-ci ölkə olub.
Bahadur Seyidov