Qışqıran mumiyanın sirri açıldı! - Budur 3000 illik sirr...



 22:05 21.12.2022     672

Üzündəki ifadəyə görə “qışqıran mumiya” kimi tanınan və 3 ildir sirri açılmayan mumiyanın sirri açılıb. 

Demedia.az xəbər verir ki, alimlər mumiyanın üzündəki ifadənin səbəbini açıqlayıblar.

Misirdə arxeoloq və radioloqlar tərəfindən aparılan araşdırmaların sonunda 'qışqıran mumiya' olaraq bilinən Misir şahzadəsinin 3000 il əvvəl ürək tutmasından öldüyü müəyyən edilib. Şahzadənin ateroskleroz və koroner ürək xəstəliyindən əziyyət çəkdiyi və nəticədə qəfil dünyasını dəyişdiyi bildirilib.
Misirşünas Doktor Zahi Hawass tapıntılarını belə izah etdi: “Biz fərz edirik ki, qışqıran qadının cansız cəsədi, ölümün bərkiməsi üçün kifayət qədər vaxt olan saatlardan sonra aşkar edilə bilər.

Düşünürük ki, balzamçılar qadının büzüşmüş bədənini çürümədən və ya rahatlamadan əvvəl mumiyalayıblar. Buna görə də qadının ağzını bağlaya bilməyiblər və ya bədənini uzanmış vəziyyətdə qoya bilməyiblər ki, bu da digər mumiyalarla müqayisədə qeyri-adidir. Belə ki, onun ölüm anındakı üz ifadəsi və duruşu qorunub saxlanılıb".

Üzündəki ağrılı ifadəyə görə "qışqıran mumiya" adlandırılan mumiya 1881-ci ildə Luksordakı kral qəbiristanlığında tapılıb. Mumiya ayaqları əyilmiş və çarpazlanmış, başı bir az əyilmiş, ağzı açıq vəziyyətdə aşkar edilmişdir.
Mütəxəssislər şahzadənin bükdüyü parçanın üzərindəki yazılara əsaslanaraq, mumiyanın firon Meret Amonun bacısına aid olduğunu düşünürlər. Ancaq bu titul bir çox şahzadə üçün istifadə edildiyi üçün mumiyanın əsl kimliyi məlum deyil.

Aysun / Demedia.az