Ordunu yeni silahlarla təchiz edəcəyik - Putin

 16:53 21.12.2022     216

“NATO bütün qüvvələrini Rusiyaya qarşı səfərbər edib”.

Demedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiya NATO-nun döyüş strategiyasını öyrənməli və ona qarşı tədbirlər hazırlamalıdır. Putinin sözlərinə görə, Rusiya nüvə qüvvələrinin döyüş bacarıqlarını artırmalıdır. Putin qeyd edib ki, Ukraynadakı müharibə PUA-ların əhəmiyyətini ortaya qoyub.

“Ordunu müasir silahlarla təchiz edəcəyik” deyən Putin, yeni silahların əldə edilməsi üçün maliyyə məhdudiyyətinin olmadığını ifadə edib.

Bahadur Seyidov