ABŞ Ukraynaya növbəti hərbi yardım paketini ayırdı



 09:54 22.12.2022     502

ABŞ Ukraynaya növbəti hərbi yardım paketini ayırıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken açıqlama verib. O bildirib ki, hərbi paketin dəyəri 1,85 milyard dollar təşkil edir. Blinkenin sözlərinə görə, Ukraynaya veriləcək hərbi silahların arasında Patriot hava hücumundan müdafiə sistemləri də var. Blinken qeyd edib ki, Prezident Co Bayden səlahiyyətlərindən istifadə edərək, Ukraynaya 8-ci dəfədir hərbi yardım ayırır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da səfərdədir.

Bahadur Seyidov