ABŞ-ın Rusiyadakı səfirinin adı məlum oldu
ABŞ-ın Rusiyadakı yeni səfiri xanım Linni Trasi olacaq.
Demedia.az xəbər verir ki, bu barədə Senatda qərar qəbul edilib. Məlumata görə, ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü təklifin lehinə 93, əleyhinə isə 2 səs verilib.
Qeyd edək ki, Con Sallivanın səlahiyyət müddəti başa çatandan sonra bu post boş qalmışdı. Bayden ABŞ-ın İrəvandakı səfiri Linni Trasinin Moskvaya səfir təyin edilməsi barədə namizədliyini irəli sürmüşdü. Trasi bir sıra ölkələrdə diplomat kimi işləyib. O həmçinin ABŞ-ın Avropa və Asiya üzrə müxtəlif nümayəndəliklərində işləyib.
Bahadur Seyidov