Rusiya Fransaya etiraz notası verdi



 12:48 22.12.2022     313

Rusiya Fransanı Afrikadakı işlərində müstəmləkəçi yanaşmadan çəkinməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Fransanın Moskvadakı səfiri Pyer Levin nazirliyə çağrılaraq ona etiraz notası təqdim edilib. Buna səbəb səfirin Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidəki “Rus evi”nə hücumla bağlı qalmaqallı açıqlamar verməsidir.

Açıqlamada deyilir ki, Rusiya xüsusi hərbi qüvvələrinin təbliğat aparması və mülki əhaliyə qarşı zorakılıq tətbiq etməsi barədə səsləndirilən əsassız bəyanatlar qəbuledilməzdir.

Bahadur Seyidov