Avropa İttifaqı “Taliban”ın tələbələrə qoyduğu qadağadan narahatdır
Avropa İttifaqı “Taliban”ın Əfqanıstanda qız tələbələrə qoyduğu qadağadan narahatdır.
Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell belə açıqlama verib. O bildirib ki, tələbələrə qoyulan bu qadağa beynəlxalq öhdəliklərin pozulması deməkdir. Borellin sözlərinə görə, “Taliban” Əfqanıstanın qoşulduğu müqavilələrə uyğun olaraq vətəndaşların siyasi sosial, iqtisadi və mədəni hüquqlarını qorumaq öhdəliyini yerinə yetirməlidir. Borell “Taliban”ı Əfqanıstanda insanların hüquqlarını təmin etməyə çağırıb.
Qeyd edək ki, “Taliban” qızların univeristetlərə daxil olmasını qadağan edib.
Bahadur Seyidov