Kosovonun şimalında təhlükəsizlik tədbirləri gücləndirildi



 18:32 22.12.2022     333

Gərginliyin artdığı Kosovonun şimalında təhlükəsizlik tədbirləri gücləndirilib.

Demedia.az xəbər verir ki, Kosovo polisi ölkənin şimalında yeni nəzarət məntəqələrinin yaradıldığını açıqlayıb. Açıqlamada deyilir ki, son bir neçə gün ərzində mediada bəzi serb vətəndaşların ölkənin şimalında cinayətkar təşkilatların üzvləri tərəfindən qaçırıldığı, döyüldüyü və onlara qarşı pis rəftar edildiyi barədə məlumatlar yer alıb.

Kosovo polisi bu məlumatı ciddi qəbul edir və aydınlaşdırmağa çalışır. Qeyd edək ki, Kosovo və Serbiya arasında gərginlik keçmiş serb polisi Deyan Pantiçin saxlanmasından sonra artıb.

Bahadur Seyidov