ABŞ-ın Patriot qərarı Polşa tərəfindən məmnunluqla qarşılandı



 16:22 22.12.2022     323

Polşanın müdafiə naziri Mariusz Blaszczak ABŞ-ın Ukraynaya Patriot sistemləri göndərmək qərarını məmnunluqla qarşılayıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, bu həmlə Ukraynaya Rusiyanın kritik obyektlərə hücumlarına qarşı özünü effektiv şəkildə müdafiə etməyə kömək edəcək. Polşanın müdafiə naziri qeyd edib ki, Patriot hava hücumundan müdafiə sistemlər fəaliyyətə keçəndən sonra Rusiyanın Ukraynaya hücumları əvvəlki kimi dağıdıcı olmaya bilər.

Qeyd edək ki, ABŞ Ukraynaya 18,5 milyard dollarlıq hərbi yardım ayırıb. Onların arasında ilk dəfə qanadlı raketlər və Patriot hava hücumundan müdafiə sistemləri var.

Bahadur Seyidov