Marketdəki bu XURMALARI ALMAYIN! - Qabığı Soyulursa...



 21:31 22.12.2022     903

 

Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir.

Yaxşı yetişmiş xurma orta ölçüdə, səthi hamar, tünd qəhvəyi rəngli, ləkəsiz, yumşaq və çəyirdəkli olmalıdır.

Parlaq, yapışqan və yağlı olmamalıdır. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, məhsul süni üsullar ilə qurudulub. Belə xurmaları yemək məsləhət görülmür. Qutularda olan xurmalar satışa verilmədən öncə sənaye işlənməsindən keçirilir və üzəri boz rəngdə olan dioksid ilə örtülür. Bu xurmanın tez xarab olmaması üçün edilir, yəni ömrü süni yolla uzadılır. Bu toksiki maddədir. Ona görə, quru xurma və xüsusən qutuda olan xurmaların üzərində şəffaf boz çalarlı maddə görsəniz, üzərində ağ ərp, hisəbənzər şəffaf örtük olan xurmanı qəti yeməyin. Əgər yemək istəyirsizsə, onu 10-15 dəqiqə isti suda saxlayın. Əks təqdirdə bu maddə qida borusu və mədə divarını zədələyər. Xurmanı mütləq isti çay və ya su ilə qəbul etmək lazımdır. Çünki xurmada olan qlükoza, şəkər və turşu qələvi maddələri dişləri dərhal sıradan çıxarır.

Hətta peyğəmbərlər də xurmanı mütləq su ilə qəbul edərdi. Gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Alimlər bildirirlər ki, bir ədəd xurma və bir stəkan süd insanın qidaya olan gündəlik tələbatını tam ödəyə bilir. Xurmanın tərkibində orqanizm üçün faydasını saymaqla bitməyən maddələr - zülal, karbohidrat, yağ, dəmir, kalium həmçinin A və B qrup vitaminləri mövcuddur. Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsağın fəaliyyətinə müsbət təsir edir. Həmçinin xurmadakı şəkər qanda şəkərin miqdarını artıran qlükoza deyil, orqanizmə aktivlik verib, onu bol miqdarda istilik enerjisi ilə təmin edən və asanlıqla mənimsənilən fruktozadır. Elə bu səbəbdən də istənilən miqdarda xurma istehlakı orqanizmdə piylənmə problemi yaratmır. Aparılan araşdırmalara görə xurma immunitet sisteminə təsir edir, onu dəstəkləyir.

Xəyalə Məmmədova / Demedia.az